Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
14 Yanvar 2022 17:22
4 739
Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Ali Radaya qarşı iddia qaldırıb. Siyasətçi iddia edir ki, parlament onu impiçmentdən başqa heç bir şəkildə prezident titulundan məhrum edə bilməz, deyə Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovgirya bildirib.
Bundan əvvəl Yanukoviçin nümayəndəsi Yuri Kirasir bildirmişdi ki, keçmiş Ukrayna lideri Kiyev Rayon İnzibati Məhkəməsinə iddia qaldırıb və orada Ali Radanın 2014-cü ildə onun vəzifədən uzaqlaşdırılması ilə bağlı qərarının qanuniliyi ilə bağlı mübahisə edir.
Sovgirya Telegram-da yazıb: “Yanukoviç Ali Radaya qarşı adıçəkilən məhkəmədə növbəti iddia qaldırıb. O, Ali Radanın Ukrayna prezidenti titulundan impiçmentdən başqa hər hansı bir şəkildə məhrum etmək səlahiyyətinin olmadığını tanımağı tələb edir”.
O, xatırladıb ki, məhkəmə artıq bu iş üzrə icraatı açıb və tərəfləri çağırmadan və məhkəmə iclası keçirmədən işi sadələşdirilmiş icraatda baxılması üçün təyin edib.
“Yəni, bu iddia üzrə məhkəmə qərarı demək olar ki, hər an verilə bilər”, o əlavə edib.
Cavid
11 Sentyabr 18:20
798
11 Sentyabr 18:11
770
11 Sentyabr 18:05
749