Ermənilər NATO-nu və Gürcüstanı hədələdilər Dünya

Ermənilər NATO-nu və Gürcüstanı hədələdilər

Torosyan: "Gürcüstan NATO-ya üzv olarsa, Cavaxetiyada qarşıdurmalar qaçılmazdır"

Ukraynada cərəyan edən hadisələr fonunda Gürcüsatanın NATO-ya üzvlük məsələsi millətçi erməniləri hərəkətə gətirib.
Ermənistan parlamentinin Respublikaçılar Partiyasından olan üzvü, "Cavax" İttifaqının sədri Şirak Torosyan alyansın hərbi bölmələrinin Gürcüstan ərazisinə yerləşdiriləcəyi təqdirdə ermənilərin kompakt yaşadığı Samsxe Cavaxetiya bölgəsinin əhalisinin ayağa qalxacağını real sayıb.
Torosyan bildirib ki, Gürcüstanın NATO-ya üzvlüyü məsələsi qlobal problemdir: "Bizə yaxın ərazilərdə yeni NATO - Rusiya qarşıdurmasının şahidi ola bilərik. Bunun nəticəsində də Tiflislə Moskva arasında yeni gərginlik yaşana bilər. NATO qoşunları tərkibində türk hərbçilərinin bölgədə iştirakı isə hadisələri bir qədər də mürəkkəbləşdirə bilər. Biz harada yaşamağımızdan asılı olmayaraq, türk hərbçilərinin bizə yaxın məkanlara yerləşdirilməsi ilə heç vaxt barışa bilmərik. Əks təqdirdə ermənilərin üsyanı qaçılmazdır".