5 Oktyabr 20:23
5 Oktyabr 18:39
AGEC: Azərbaycanda bərpa olunan enerji layihələrinin icra mexanizmləri təkmilləşdirilməlidir
DB: Azərbaycan üçün növbəti mərhələ özəl sektorun inkişafını dəstəkləyən islahatlardır
Erich Morales: "Fitch" Azərbaycanın bank sektorunda əhəmiyyətli irəliləyiş müşahidə edir
Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu
Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm
18 Yanvar 2022 12:26
4 410
Rusiyanın Nüvə Riskinin Azaldılması üzrə Milli Mərkəzinin rəhbəri Sergey Rıjkov bildirib ki, Rusiya hərbi müfəttişləri Böyük Britaniyanın hərbi obyektini yoxlayacaqlar.
"2011-ci il Etimad və Təhlükəsizlik Tədbirləri üzrə Vyana Sənədinin icrası çərçivəsində Rusiya müfəttişlər qrupu Britaniyanın hərbi obyektinə qiymətləndirmə səfəri keçirməyi planlaşdırır. Qiymətləndirmə səfəri 19 yanvar 2022-ci il tarixində bir gün ərzində baş tutacaq. " deyib.
Müdafiə Nazirliyi yoxlamanın məqsədini qüvvələr və əsas silah və texnika sistemlərinin yerləşdirilməsi planları haqqında məlumatların yoxlanılması adlandırıb.
Rusiyalı mütəxəssislər sülh vaxtında hərbi obyektə baş çəkəcəklər. Komandanlıq brifinqdə şəxsi heyət, o cümlədən əsas silah və texnika sistemləri barədə məlumat verəcək.
Xatırladaq ki, 2011-ci ildə ATƏT-in ixtisaslaşmış forumunda qəbul edilmiş Vyana Sənədi ölkələr arasında etimadın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib (ATƏT-ə Avropa, Asiya və Amerikanın 57 ölkəsi daxildir).
Cavid
10:51
455
10:22
511
09:14
539