“Rusiya valyutası son 1 ayda 6 faizə yaxındəyər itirib”-Vüqar Bayramov Dünya

“Rusiya valyutası son 1 ayda 6 faizə yaxındəyər itirib”-Vüqar Bayramov

“Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür. Bir ayöncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Buo deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, hələlik, Moskva birjalarında ciddi volatillik müşahidə olunmasa da şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq: “Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu rublun məzənnəsindəki zəifləmləri daha da sürətləndirəcək. Bununlabelə, əgər tərəflər gərginliyi diplomatik yollarilə həll edərsə o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək.

Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. Neftdən kənar ümumi ixracatın 32 faizi şimalqonşumuzun payına düşür. Rublunməzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzunbazarlarında bahalaşdıra bilər. Rubl daha böyükdəyər itirəcəyi halda bu əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək.

Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir”.