“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
27 Yanvar 2022 08:09
1 820
Biz regionumuzda sülh və sabitlik istəyirik.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-ə müsahibəsində Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı məsələyə münasibət bildirərkən söyləyib.
Dövlət başçısının sözlərinə görə, hər iki ölkə Türkiyənin səmimiyyəti və xoş niyyətindən xəbərdardırlar. R.T. Ərdoğan bölgənin iki ölkəsi arasında münaqişənin nə tərəflərə, nə də regiona heç bir fayda gətirməyəcəyini vurğulayıb.
"Biz iki ölkənin liderlərini qəbul edib sülhə yol aça bilərik. Ölkəmiz əvvəldən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib", deyə Türkiyə prezidenti bildirib.
O, əlavə edib ki, Vladimir Putini ölkəyə dəvət edib.
"Əgər tərəflər bunu istəsələr, iki ölkə liderini Türkiyədə bir araya gətirib sülh mühitinin yenidən qurulmasına yol aça bilərik. Hazırda bizim istəyimiz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz həm Rusiyanı, həm də Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik", - R.T. Ərdoğan qeyd edib.
30 Dekabr 18:03
1 372
30 Dekabr 17:54
1 274
30 Dekabr 16:38
1 358