“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
28 Yanvar 2022 08:25
3 787
Yaponiyanın Sayama prefekturasında evdə 11 saata yaxın girov saxlanılan həkim dünyasını dəyişib.
Bu barədə “NHK” telekanalı məlumat yayıb.
Bildirilib ki, 44 yaşlı həkim ürək və ağciyər tutulması vəziyyətində xəstəxanaya yerləşdirilib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
***
03:25
Yaponiyada Tokio yaxınlığında Sayama prefekturasının Fuzimino şəhərinin sakini gecə saatlarında çağırışa gələn iki tibb işçisini yaralayıb, həkimi isə girov götürüb.
“NHK” telekanalı xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Bildirilib ki, həkimi girov götürən şəxs bu yaxınlarda ailəsini itirib.
Kişi ilə tibb işçiləri arasında münaqişənin nədən yarandığı barədə məlumat verilmir.
Yaralılardan biri - həkim-terapevt güllə yarası alıb, digər tibb bacısının üzünə isə bibər qazı çilənib. Onların hər ikisi xəstəxanaya yerləşdiriliblər.
Həmin şəxsin irəli sürdüyü hər hansı tələb barədə də məlumat verilməyib.
Sözügedən silahlı şəxs artıq polis tərəfindən saxlanılıb.
Girovun vəziyyəti barədə məlumat verilmir.
8 Sentyabr 20:44
882
8 Sentyabr 17:13
1 085
8 Sentyabr 17:10
966