Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
2 Fevral 2022 08:45
3 815
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas fevralın 16-da BMT Təhlükəsizlik Şurasında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi mövzusunda çıxış edəcək. O, xüsusilə, KTMT-nin Qazaxıstanda vəziyyəti sabitləşdirmək üçün göstərdiyi səylərdən bəhs edəcək.
Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
V.Nebenzya deyib: "Fevralın 16-da beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə subregional təşkilatlar, bizim halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında əməkdaşlığa dair müzakirələr olacaq. Biz həmkarlarımızı KTMT-nin fəaliyyəti, Qazaxıstanda və bütövlükdə Mərkəzi Asiyada vəziyyəti sabitləşdirmək üçün təşkilatın kollektiv səyləri barədə məlumatlandırmağı, KTMT baş katibi Stanislav Zasın brifinqini dinləməyi vacib hesab edirik".
O qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş gündəlikdəki bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasında çıxış etməyə hazır olduğunu bildirib.
26 Sentyabr 12:57
1 148
26 Sentyabr 12:51
1 134
25 Sentyabr 17:59
1 316