
İrəvanın küçələrinə hərbi texnika yeridilib
Cavid
Artıq bir neçə gündür ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına görə etiraz aksiyaları davam edir. Etirazçılar prezident Sarkisyanla görüşməyi tələb ediblər. Bu məqsədlə etiraz edən minlərlə insan prezident iqamətgahının yerləşdiyi küçəni bağlayıb. Dünən səhərə yaxın polis güclü təzyiqli su ilə aksiya iştirakçılarını mərkəzdən qovub. Yüzlərlə insan saxlanılıb.
"Hazırda əldə etdiyimiz məlumatlara görə,aksiya iştirakçılarından 237 nəfər saxlanılıb", - deyə Ermənistan DİN mətbuat katibi Aşot Aqaronyan bildiirb. Onun sözlərinə görə, etirazçılardan yeddisi müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşması barədə dövlət komissiyası ötən həftə qərar verib. Yeni tarif avqustun 1-dən qüvvəyə minəcək. Digər bir məlumata görə, Ermənistanda daha bir şəhər elektrik enerjisinin bahalaşmasına qarşı ayağa qalxıb. Gümrünün Teatr meydanında etiraz aksiyası keçirilib. Mətbuatın məlumatına görə, aksiyanı "Şirak Kentron" təşkilatı həyata keçirib. Aksiya iştirakçıları İrəvandakı etirazçılara qarşı güc tətbiq ediləcəyi halda Gümrüdə etirazlar dalğasının başlayacağını bildiriblər. Bu barədə "Şirak kentron" qeyri-hökumət təşkilatının sədri Vaan Tumasyan Facebook-da yazıb. Onun yazdığına görə, aksiya iştirakçıları hakimiyyətə xəbərdarlıq ediblər ki, İrəvanın Baqramyan prospektindəki oturaq aksiyaya qarşı xor tətbiq edilsə, Gümrüdə etirazlar dalğası başlayacaq. Son məlumatlara görə, Ermənistanın Gümrü şəhərində keçirilən etiraz aksiyası da dağıdılıb. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuatın məlumatına görə, polis aksiyanı zor tətbiq edərək dağıdıb. Onlarla insan həbs edilərək Kumayridəki polis bölməsinə aparılıb. Aksiyanı dağıdan polislər buna əsas səbəb kimi avtomobillərin nəzərdə tutulmayan yerdə saxlanıldığını, bunun isə nəqliyyatın hərəkətinə maneə yaratdığını göstəriblər. İrəvanını polis rəisi Valery Osepyan işıq pulunun artırılmasına etiraz edən aksiyaçılara prezidentlə görüşmək uçun 3-4 nəfərdən ibarət qrup yaratmağı təklif edib. O həmçinin qalan nümayişçiləri evlərinə dağılışmağa çağırıb və bidirib ki, polis toqquşma istəmir.
Məlumatların birində deyilir ki, elektrik enerjisinin tariflərinin artırılmasına qarşı İrəvanda keçirilən etiraz aksiyasının iştirakçıları Azadlıq meydanına qayıtmamaq barədə qərar qəbul ediblər. "News.am" saytının verdiyi xəbərə görə, Baqramyan prospektində 3 saat davam edən oturaq etiraz aksiyasından sonra aksiyanın iştirakçıları sonrakı hərəkətləri barədə müzakirələr aparıblar. Aksiyaçıların liderlərindən olan Maksim Sarkisyan Azadlıq meydanına qayıtmağı və orada müzakirələrin davam etdirilməsini təklif edib. Nümayişçilərin digər bir hissəsi bildirib ki, Baqramyan prospektini tərk etməyəcəklər. Təxminən 10-15 dəqiqəlik müzakirələrdən sonra aksiya iştirakçıları Baqramyan prospektində qalmaq barədə qərar veriblər. İrəvan polisinin rəis müavini Valeri Osipyan deyib ki, onlara yaxınlıqdakı evlərin sakinlərindən çoxsaylı şikayətlər daxil olub.
Aksiya iştirakçılarının verdiyi məlumata görə, saxlanılanlar arasında jurnalistlər də var. Lakin onların sayı açıqlanmayıb. "Qala" və "Nyuz" internet-nəşrlərin jurnalistləri və "Azadlıq" radiostansiyasının erməni xidmətinin müxbirinin saxlanıldığı deyilir. Bəzi məlumatlara görə, "Qala" internet nəşrinin jurnalisti Paylak Faxradyan döyülüb. Bəzi jurnalistlərin fotoaparatları polis tərəfindən götürülüb.
Politoloq Vasif Əfəndinin fikrincə, İrəvanda davam edən etiraz aksiyaları ilkin olaraq elektirk enerjisi tariflərinin artması zəminində yaranmasına baxmayaraq, bu etiraz siyasi tələblərin irəli sürülməsi ilə sonunclanacaq: "İlkin mərhələdə ictimai təşkilatlar daha çöx fəallıq göstərirdisə bu gündən etibarən etirazçıların yetkin siyasi təşkilt tərəfindən koordinasiya oldunduğu aşkar görünür. Ermənistanda rejimə qarşı xalq etirazları 2008 -ci ildə böyük iğtişalarla müşayət olunsa da 8 nəfərin ölümü ilə bitən etiraz aksiyaları amansızcasına yatırıldı. Bu iğtişaşların hakimiyyət dəyişikliyinə gətirib çıxrmamasının əsas səbəbi Rusiya hərbi birləşmələrinin Ermənistan ərazisində yerlşməsi olub. Təbii ki, Rusiya həm müxalifəti, həm də iqtidarı inandıra bilib ki, hakimiyyət dəyişikliyi Ermənistan dövləti üçün faciə ilə nəticələnə bilər. Hadisələrin bu gedişi Rusiyanın regiondan və Ermənistandan sıxışdırılb çıxarılması ilə nəticələnəcəyi təqdirdə Qarabağ probleminin həllində maneələr avtomatik olaraq aradan qaldırılmış olardı. Cinayətkar Sarkisyan hakmiyyəti isə hadisələrin belə dönüşünə hazır olmadığı üçün Ermənistan müxalifəti ilə razılşaraq 2008-ci il üsyanını yatırda bildi. İndiki şəraitdə isə vəziyyət bir qədər başqadır. Rusiyanın nəinki dünyada, hətta Cənubi Qafqaz regionunda sürətlə nüfuzdan düşməsi prosesi gedir. Ermənistan müxalifəti Rusiyanın bu enişini hiss etməsi onların daha aktiv ayaqlanmasına səbəb olub. Artııq Ermənistanda Rusiyaya güvən qalmayıb. Əgər erməni xalqı Rusiyadan qurtula bilərsə, bu ancaq onun xeyirinə ola bilər. Qonşuluğunda Türkiyə və Azərbaycan kmi iki varlı və sülhsevər xalq olduğu halda nədən təcavüzkar Rusiya ilə ittifaq qurmalıdır. Azərbaycan Ermənistanın iqtisadi potensialını qaldırmaq gücündədir".