“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
21 Fevral 2022 12:03
3 255
"Biz Ukraynaya ən kritik anda belə dəstək verməyə davam edəcəyik".
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.
Aİ-nin Ali Nümayəndəsi bildirib ki, bu gün Ukrayna XİN rəhbəri Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşəcək.
"Biz son vəziyyəti müzakirə edəcəyik və onu əmin edəcəyik ki, Aİ ən çətin zamanda belə Ukraynaya dəstək verməyə davam edəcək".
Rusiyaya qarşı Aİ-nin sanksiyaları ilə bağlı sualı cavablandıran Aİ-nin Ali Nümayəndəsi deyib ki, bu istiqamətdə işlər artıq tamamlanıb.
"Fakt budur ki, bu məsələ ilə bağlı artıq işlər tamamlanıb, biz hazırıq. Mən müvafiq zamanda Xarici Əlaqələr Şurasının fövqəladə iclasını çağıracağam və sanksiyaları təqdim edəcəyəm. Sizin də bildiyiniz kimi bu, Xarici Əlaqələr Şurasının səlahiyyəti daxilindədir, Şura bunu təsdiqləməlidir. Doğru zaman gələndə mən bunu təqdim edəcəyəm və biz bu anın gəlməməsi üçün çalışırıq", Cozep Borrell deyib.
16 Dekabr 21:46
896
16 Dekabr 20:08
966
16 Dekabr 18:55
1 029