Elman Mehdiyev Şəmkirdə vətəndaşlar üçün qəbul keçirəcək Hadisə

Elman Mehdiyev Şəmkirdə vətəndaşlar üçün qəbul keçirəcək

Tural

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev iyulun 8-də, saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34, Şəmkir şəhər şöbəsində (02230) 5-30-33, Gədəbəy rayon şöbəsində (02232) 6-00-93, Tovuz rayon şöbəsində (02231) 5-00-40, Ağstafa rayon şöbəsində (02222) 5-26-12, Qazax rayon şöbəsində (02229) 5-27-96. Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.