Qaradağda 24 kiloqrama yaxın narkotik vasitə aşkarlandı - VİDEO
ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib
Marqus Tsaxna Azərbaycana gəlir, sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq
Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
17:19
182
Fransanın PSJ klubunun qapıçısı Lukas Şevalye qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Oyun praktikasının azlığından narazı olan 25 yaşlı qolkiper yanvarın 23-dən bəri rəsmi matçlarda meydana çıxmayıb. Həmin tarixdən etibarən Matvey Safonov Paris təmsilçisinin əsas qapıçısına çevrilib.
Şevalye gələcəyi ilə bağlı komandanın baş məşqçisi Luis Enrike və klubun idman məsələləri üzrə müşaviri Luiş Kampuşla görüşmək istəyir.
Müntəzəm forma geyinmək niyyətində olan qapıçının həm icarəyə göndərilməsi, həm də birdəfəlik transferi nəzərdən keçirilir. PSJ isə yalnız Şevalyeyə əvəzləyici tapacağı təqdirdə onun ayrılmasına razılıq verəcək.