Səudiyyə Ərəbistanı "Future Minerals Forum"u təxirə sala bilər Dünya

Səudiyyə Ərəbistanı "Future Minerals Forum"u təxirə sala bilər

Səudiyyə Ərəbistanı hakimiyyəti faydalı qazıntıların hasilatı və metallurgiyaya həsr olunmuş ən böyük "Future Minerals Forum" konfransının təxirə salınması barədə düşünür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə noyabrın 26-da "Financial Times" (FT) qəzeti təşkilatçılara istinadən məlumat yayıb.

Buna səbəb Yəməndə fəaliyyət göstərən radikal husi qruplaşması tərəfindən krallıq ərazisinə edilən mütəmadi hücumlar olub. Bu hücumlar üzündən bir çox iştirakçı onsuz da foruma səfər etməkdən imtina etməyə hazırlaşırdı. Buna görə də tədbirin vaxtının dəyişdirilməsi məsələsi daha da kəskinləşib.

Təşkilatçılar həmçinin əlavə ediblər ki, konfransı tamamilə ləğv etmək niyyətində deyillər. Tədbirin keçirilmə tarixləri ilə bağlı bütün aktual məlumatlar daha sonra dərc ediləcək. Əvvəlcə forumun 2027-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılırdı.

Məryəm Quliyeva