Ukrayna XİN rəsmisi Azərbaycan səfirilə görüşüb Hadisə

Ukrayna XİN rəsmisi Azərbaycan səfirilə görüşüb

İki ölkə arasında mövcud strateji əməkdaşlığın davam etdirilməsinə hazırlıq ifadə olunub

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivski ilə görüşüb. APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, nazir müavini Azərbaycan tərəfinə Ukraynanın ərazi bütövlüyünə verilən dəstəyə, xüsusilə martın 27-də BMT baş Asambleyasında Ukrayna ilə bağlı qəbul olunan qətnamənin lehinə səs verdiyinə görə öz minnətdarlığını bildirib.
Tərəflər suverenlik, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüquq prinsiplərinin vacibliyini vurğulayıblar. Görüş zamanı qeyd olunub ki, iki ölkə mövcud olan strateji əməkdaşlıq mexanizmi çərçivəsində əməkdaşlığın davam etdirilməsinə hazırdır. Tərəflər əsas sahələr üzrə xüsusi layihələrə diqqət yönəltmək barədə razılığa gəliblər.