Ali məktəblərdə tələbələrin köçürülməsi Hadisə

Ali məktəblərdə tələbələrin köçürülməsi

Qaydalar yeni redaksiyada təsdiq edilib


Təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın yeni redaksiyada təsdiq edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" yeni redaksiyada təsdiq edilib.
Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutsunlar.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.