Əbu-Dabidə Ukrayna və Qərb nümayəndələrinin görüşü başlayıb Dünya

Əbu-Dabidə Ukrayna və Qərb nümayəndələrinin görüşü başlayıb

Ukrayna nümayəndə heyətinin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, həmçinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin qoşulacağı görüş Rusiya - Ukrayna - ABŞ formatında üçtərəfli danışıqlardan əvvəl Əbu-Dabidə keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov özünün "Telegram" kanalında məlumat verib.

"BƏƏ-də işə başladıq. İlk görüş Böyük Britaniya, Fransa, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, həmçinin ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlədir. Danışıqların növbəti mərhələsi öncəsi mövqeləri uyğunlaşdıracağıq və əlaqələndirəcəyik. Daha sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli format olacaq", - deyə o yazıb.

Məryəm Quliyeva