Fransa kiberhücuma görə İrana sanksiyalar tətbiq edəcək Dünya

Fransa kiberhücuma görə İrana sanksiyalar tətbiq edəcək

Fransa, Parisin fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əli olduğu kiberhücuma cavab olaraq İrana qarşı sanksiyalar tətbiq edəcək, həmçinin mütənasib hesab edəcəyi bir sıra qeyri-ictimai tədbirlərə də əl ata bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib.

Barro vurğulayıb ki, Fransa tərəfi bütün imkanları nəzərdən keçirir və yeni hücumların qarşısını almaq, eləcə də təqsirkarları cəzalandırmaq üçün zəruri olan həm açıq, həm də ictimaiyyətə bəyan olunmayan addımlar atacaq. O, həmçinin İran səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını və məsul şəxslərə qarşı Avropaya giriş qadağası, hesabların və maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutan Aİ miqyasında sanksiyaların tətbiqinə çalışacaqlarını bildirib.

Xatırladaq ki, oktyabrın 11-dən 12-nə keçən gecə Fransa üzrə yüzlərlə supermarket xaker hücumuna məruz qalıb, nəticədə soyuducu sistemlərin işi pozularaq məhsullar sıradan çıxıb. Noyabrın 2-də isə analoji insidentlər Aİ-nin 10-dan çox digər ölkəsində də qeydə alınıb.

Məryəm Quliyeva