Polşada Krakovdakı terror aktından sonra silah qanunu sərtləşdirilir Dünya

Polşada Krakovdakı terror aktından sonra silah qanunu sərtləşdirilir

Polşanın Daxili İşlər Nazirliyi Krakovda baş verən terror aktından sonra silah sahibləri üçün müntəzəm tibbi müayinələr tətbiq etməklə silah haqqında qanunu sərtləşdirməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" portalı məlumat yayıb.

Portalın məlumatına görə, ölkənin daxili işlər nazirinin müavini Veslav Lesnyakeviç bildirib ki, DİN yalnız silah sahibləri üçün deyil, idmançılar və ovçular üçün də məcburi dövri tibbi müayinələr tətbiq etməklə qanunvericiliyi sərtləşdirməyi planlaşdırır. Həmçinin fərdi şəxslərin evlərində silah saxlaması qaydalarına və həcminə yenidən baxılması nəzərdə tutulur.

Atışma noyabrın 7-də gündüz saatlarında Krakovun mərkəzində baş verib. 24 yaşlı Polşa vətəndaşı yoldan keçənlərə atəş açıb, nəticədə ikisi əcnəbi olmaqla altı nəfər həlak olub. Daha 15 nəfər yaralanıb. Atəş açan şəxs saxlanılarkən yaralanıb və xəstəxanada ölüb. Polis cinayətkarın mənzilində onun valideynlərinin və bacısının meyitlərini tapıb. Baş verənlər terror aktı kimi araşdırılır, Polşada noyabrın 8-i və 9-u ümummilli matəm elan edilib.

Məryəm Quliyeva