Teleseriallarımız niyə biabırçı durumdadır? Hadisə

Teleseriallarımız niyə biabırçı durumdadır?

Qeyri peşəkarlıq, bayağılıq, yamsılama...

ANS Şirkətlər Qrupu Prezidentinin müşaviri Mais Məmmədov mətbuatda MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin ANS televiziyasının 6 milyonu təyinatı üzrə xərclənmədiyi və bu səbəbdən MTRŞ milli televiziya filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə yardımını dayandırması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib. "ANS" Müstəqil Yayım və Media Şirkəti baş direktor Mir Şahin Ağayevin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə ünvanladığı məktubu təqdim edib. Mirşahin Ağayev məktubda süxtəlif seriallar çəkildiyini və bunların uğurlu olduğunu bildirib.
Amma hamıya məlumdur ki, çəkilən seriallar qeyri peşəkardır, heç böir tamaşaçı auditoriyası toplaya bilmir. Bayağılıq? Türkiyə istehsalı olan serialları yamsılama halları mənzərənin ümumiyyətlə biabırçı durumda olduğundan xəbər verir.
Müstəqil Rejissorlar Gildiyasının prezidenti Hüseyn Mehdiyev mətbuata açıqlamasında bildirib ki, ayrılan vəsait keyfiyyətli film üçün, əlbəttə azdır: "İkincisi, bəzən iş qeyri-peşəkarlara tapşırılır. Pulu verərlər iş bilənə. Hələ 5-6 il səhv edə-edə gedəcəklər, sonra baxacaqlar ki, harada səhv ediblər, başlayacaqlar səhvlərini düzəltməyə, buna da bir neçə il vaxt gedəcək. Zaman baxımından 5-6 ili itirməyə və bu qədər maliyyə vəsaiti sərf etməyə dəyməzdi. Maliyyə vəsaiti ayrılanda, doğrusu, əvvəlcə mən elə bildim, bu pul ilkin mərhələdə layihələrin hazırlanması üçündür. Növbəti vəsaitlər çəkiliş üçün nəzərdə tutulacaq. Sonra gördüm ki, yox, birbaşa film çəkilişlərinə başlanıldı. Eşitdiyimə görə də, filmlərin çəkilişinə sərf olunan vəsait faktiki maliyyədən yüksəkdir. Serial, film çəkilişi üçün 200.000 manat azdır. Bu pula keyfiyyətli məhsul ortaya qoymaq olmaz. Aralarında bir balaca professional olanları hiss edilir. Hiss olunur ki, nəsə edə bilərlər. İnkişaf prosesi gedə bilər. Estetika hiss olunur. Kinodan bir balaca başı çıxan adam bunu görür. Amma ümumilikdə, hamısı zəifdir, üzəçıxarılası deyillər...".
Ümumiyyətlə ANS-in çəkdiyi seriallara baxılırmı? Yerli telekanalıarda nümayiş etdirilən seriallar izlənilirmi? Bu məqsədlə dövlət tərəfindən ayrılan vəsaitlər hansı keyfiyyət dəyişikliyinə səbəb olub? Həmkarlarımız, eləcə də ziyalılar bu barədə nə düşünürlər?
Jurnalist Ədil Ədilzadə: "Baxmıram. Ona görə də bu barədə bir söz deyə bilmərəm".
Şair Vüqar Əhməd: "Yerli teleseriallara baxmıram, üzrlü sayın. Dövlət kinostudiyasında tarixi filmlərin çəkilişi üçün vəsait ayılsaydı çox gözəl olardı".
Jurnalist Səbinə Əvəzqızı: "Azərbaycan serallarının heç adlarını da bilmirəm. Çünki baxmıram".
Jurnalist Elgün Mənsimov: "Düşünürəm ki, serial çəkilişlərindəki keyfiyyəti artırmaq üçün təkcə maliyyə lazım deyil. Bu sahəyə istənilən məbləğin ayrılmasından asılı olmayaraq, bizim serialçəkənlər yenə də ortalığa sanballı bir şey qoya bilmirlər. Nə qədər müasir texnika alsalar da xeyri olmayacaq. Çünki o texnikanı işlədə bilən və ortalığa yaradıcı məhsul qoyan mütəxəssis yoxdur. Peşəkarlar yetişdirilməlidir. Ssenaristləri, rejissor və digər mütəxəssislərin xarici ölkələrdə təcrübə keçməsini təmin etmək lazımdır. Eyni zamanda xarici mütəxəssislər dəvət edilməlidir. Serial çəkilişləri üçün ayrılan pulların bir qismi məhz bu istiqamətdə xərclənməlidir. Özümə gəldikdə isə mən ümumiyyətlə Azərbaycan seriallarına baxmıram. Hərdən televiziya kanallarını dəyişəndə təsadüfən rastıma çıxır. Bir-iki dəqiqəlik filmə baxarkən bəsitliyi, süniliyi və söz yığınını aydın görmək mümkündür. Ona görə bizim seriallar heç vaxt diqqətimi çəkə bilməyib. Filmə olan tələbatımı Türkiyə və Amerika istehsalı olan filmlərlə ödəyirəm".
Ekspert Vəli Əkbər: "Yerli televiziyalarda nümayiş olunan teleserialların daimi izləyicisi deyiləm. Vaxtaşırı sadəcə maraq xətrinə efirlərin daranmasını aparıram, o cümlədən serialların. Dövlətin göstərdiyi maddi dəstəkdən sonra "bir addım irəli" halını görmək və etiraf etmək lazımdır. Amma burda "H" qədər qüsur var ki, sadalamaqla qurtarmaz. Mövzu, ideya, ssenari, rejissura, aktyor oyunu, qrafika, hamısı çox bəsitdir. Amma bu industriyanın yaranması üçün bir az təmkin nümayiş etdirmək və israrlı olmağa ehtiyac var. Serialla məşğul olan ölkələrdə heç də bu industriya dövlət hesabına maliyyələşmir. Amma bizim ölkəmisdə ayrılan vəsait başlanğıc üçün əla stimildur. Təbii ki, bu vəsait o qədər də çox deyil. Amma yenə qeyd edirəm ki, bu əla stumuldur.
Son günlər televiziyalara ayrılmış vəsaitlərin ətrafında dolaşan söz-söhbətlərə gəlincə, istənilən maddi münasibət nəzarətlə müşahidə olunmalı və məsuliyyətə cəlb olunmalıdır. İllah da bizim ölkəmizdə. Çünki sovet mənimsəmə təfəkküründən hələ tam xilas ola bilməmişik. Fikrimcə, dövlət hələ bir müddət bu sahəni stimullaşdırmaqda davam etməlidir. Serial industriyasının gəlişməsi dolayısı ilə dövlətin maraqlarına da işləyə bilər. Türkiyənin istehsalı olan "Qurdlar vadisi" bu məsələdə əla nümunədir. Türkiyənin dünya siyasətindəki rolu və təsiri bu serialda çox yaxşı təbliğ olunur. Qalanlar ikinci dərəcəli məsələdir ki, burda nə qədər obyektivlik qorunur. Sadəcə, çalışmaq lazımdır ki, bu işlə peşəkarlar məşğul olsun. Televiziyaların isə serial istehsalçısı olmasına o qədər də ehtiyac yoxdur, onlar sifarişçi qismində də pis deyillər".
Araşdırmaçı alim Firudin Gilarbəg: "Təəsüflə qeyd etmək istəyirəm ki, ANS-n çəkdiyi seriallara baxmıram. Yerli kanalların da çəkdiyi serialları çox aşağı səviyyəli hesab edirəm. Dövlətin bu işə pul ayırması yaxşıdır. Lakin seriallar, türk serialları kimi maraqlı görünmür. Məni qane etmir. TV-lərdə də heç bir keyfiyyət dəyişikliyi görmürəm. Əvvəllər "Bacanaqlar" serialına bir az baxdım. Sonradan o da qane etmədi. Məncə burada əsas məsələ aktyorların istedadına görə yox, başqa kriteriyalara görə seçilmələridir. Bu mənim şəxsi fikrimdir. Hər halda öz TV-lərimizdəki serialların heç birini bəyənmirəm".
Jurnalist Fuad Hüseynzadə: "Həftəbecər seriallar olan yerli seriallar Azərbaycan gercəkliklərini əks etdirmir. Mövzular yarı Türkiyə, yarı da Braziliyya seriallarından götürülür. Bunların çəkdikləri bir növ həftəbecər seriallardır. Tutaq ki, kiminsə illər sonrası qeyri-qanuni oğlu peyda olursa, bu heç də bizim mentailitetə uyğun deyil. Əgər 100-də bir olarsa da bunun ekrana gətirləməsi məqbul sayılır. İnsanlara heç zaman yaşmadıqları, bizə yad olan mühiti ekranlaşdırılaraq sırınmasını müsbət hal hesab etmirəm. Seriallar insanların kercək həyatını əks etirməlidir".
Jurnalist Mirvari Nəcəf: "Əgər axtardığımı tapa biləcəyəmsə, seriala baxmağa vaxt da taparam, hövsələ də. Süjet xətti, hadisələrin gedişi, hansı şəkildə işıqlandırılması, aktyorun dili, davranışı, hər hansı bir məsələyə səmimi münasibəti, dünyaya baxışı, maraqları, filmdəki situasiyalar, həmin situasiyalarda serialdakı insanların davranışı və s. çox şey axtarıram. Bir-iki həftə dalbadal Azərbaycan telekanallarında efirə gedən bir teleseriala baxmışdım. Vaxtımı sərf etdiyim üçün özümü də danlamışdım hətta. Heç adı da yadıma gəlmir. Çünki, həmin serialdan mən heç nə tapmamışdım. Ailə-məişət söhbətləri yadıma gəlir, birdə kişi evli ola-ola başqa bir qadınla vətəndaş nigahında yaşayırdı. Həyat yoldaşı bütün günü deyindiyi üçün o başqa qadın ilə yatağını bölüşürdü. Bax, bizim teleserialın tamaşaçıya aşıladığı fikir bu idi: qadının deyinirsə, onu at, başqası ilə yat. Ona görə də, bizim teleseriallara o gün bu gündür baxmıram. Vaxt itkisi hesab edirəm. Zatən ailə-məişət məsələləri hamının evinin içində var, təzədən həmin söhbətləri televizorun ekranından da həmin evə daşımaq kimin nəyinə lazımdır axı? Üstəlik, aktyorlar da süni idi, elə bil kuklanın knopkasını basmısan ki, sən bu mahnını oxu. Qurtaranda, sənin canın sağ, bizim beynimiz sakit olsun. Teleseriallar üçün ayrılan vəsaitə gəlincə, pul çox şeyi həll edir desələr də, görünür teleserial bazarında heç nəyi həll edə bilməyib və bilmir. Milyonlarla pulun ayrıldığı kino bazarı Azərbaycanda hələ də müasir dövrün tələbinə uyğun şəkildə formalaşa bilmir".

Əli