Zamanı bitməyən vaxt... Hadisə

Zamanı bitməyən vaxt...

Arzu Şirinova

10 yaşlı Gülnar səhər tezdən nənəsinin bişirdiyi omac halvasının iyinə oyandı. Heç yerindən durmaq istəmirdi. Ancaq halvadan yemək arzusu onu bu fikrindən vaz keçirdi. Paltarını geyinib nənəsinə "sabahın xeyir" dedi və dəhlizin yuxarı tərəfindəki ayaqyoluna yollandı. "Of yenə də növbədir" gileylənib geri, otaqlarına qayıtdı. Gözünü açandan bu yataqxanada yaşayırlar-nənəsi, anası və Gülnar. Atası Xocalının işğalı zamanı yaralanmışdı, əlil idi. Şəhərə gələndən sonra tikintidə çalışırdı. Elə tikintidə də anası demişkən "ömrünə balta çaldı". Gec ailə qurdu. Heçə illər müalicədən sonra Gülnar doğuldu. İki yaşına çatanda körpə atasız qaldı. Hə yaxşı ki, anası tibb texnikumunu bitirmişdi. Onun əməkhaqqı və qonum-qonşuya xəstələndikləri zaman iynə vurması karlarına gəlirdi...
...Qonaq qəbul etmələri, yeməkləri, yatmaqları-bir sözlə, hər şey bu bir otaqda olurdu. Təkcə mətbəxti iki il bundan əvvəl eyvana keçirmişdilər, yəni biş-düşlərini orada edirdilər. Hənəsi Gülnarın qayıtdığını görüb soruşdu:
-Əl-üzünü yudun?
-Hövbəydi, ona görə yuya bilmədim. Hənə xeyir ola, səhər tezdəndən halvanı bişirib qurtarmısan?
-Qonağımız olacaq. Tez bişirdim ki, bir az özün tutsun, həm də pəncərəni açaq evin havası dəyişsin.
-Hə dünən dediyin adamlar?
Hənəsi başını tərpədib mətbəxtə keçdi. Gülnar yenə ayaqyoluna tərəf yollandı. Bu dəfə deyəsən növbəsi çatırdı. Qonşu Mülayim arvadın hər gün eşitdiyi gileyini yenə dinləməli oldu:"Allah erməninin evini başına uçursun. Bizim bu dörd divar arasında nə işmiz vardı. Hərənin özünə görə evi-eşiyi, geniş həyəti, bağı-bağçası vardı. Ayaqyolu da bağın o başında. Hə böyük görürdü, nə də kiçik. İndi hər gün üzümüzün suyu tökülür. 22 ildir bu zilləti çəkirik. Hələ nə qədər çəkəcəyimizi də bilmirik". Sonra dönüb Gülnara baxdı:"Bala nənən halvanı çaldı?" "Bəli" cavabını eşidib "Allah qəbul eləsin. O gün olsun öz evimizdə halva çalıb paylayaq" deyib, yenə gileylənə-gileylənə getdi. Gülnar tələsik əl-üzünü yuyub evə döndü. Anası da gəlmişdi. Masanın üzərinə ağ süfrə saldılar. Halvanı kiçik nimçələrə qoyub üstünü çay qaşığı ilə bəzədilər və süfrəyə düzdülər. Süfrənin nizamı pozulmasın deyə Gülnarı nənəsi mətbəxtə çağırdı və halvadan bir nimçə verdi ki, çayla içsin. Gülnar bir əlində halva, bir əlində də çay qaşığı televizorun qarşısına keçdi. Televizoru açıb kanalları bir-bir çevirdi. Hamısında Xocalı faciəsindən danışırdılar. Gülnar kanalı dəyişmək istəyəndə nənəsi qoymadı:"Qoysana qulağımız bir yaxşı söz eşitsin".
Gülnarın "yaxşı söz nəyə deyirsən" sualı sona çatmaqla qapının döyülməyi bir oldu. Qapını açdılar. Bir qadın, bir kişi hər birinin əlində sallofan torbalar otağa daxil oldular. Hal-əhvaldan sonra gələnlər məqsədlərini bildirdilər:"Allah şəhidlərimizə rəhmət eləsin. Siz də qardaşınızı, bacınızı itirmisiniz. Dərdinizə şərik oluruq. Xocalıların dərdi hamımızın dərdidir. Vaxt gələcək o torpaqlara qayıdacaqsınız. Yenə də əkib-becərəcəksiniz.
Firavan həyat yaşayacaqsınız. Görürsünüz ki, ölkəmizin iqtisadiyyatı gündən-günə artır, ordumuz güclənir, yoxsulluğun səviyyəsi aşağı düşür. Azərbaycan regionda lider dövlətə çevrilib. Artıq ermənilər də bunun fərqindədirlər".
Sonra qadın gətirdiklərinə işarə edərək bildirdi:"Bunları da gətirdik ki, lazımınız olar. Heç olmasa bir neçə gün ərzaq probleminizi həll edər".
Gülnarın nənəsi gələnlərə təşəkkür elədi və hər il olduğu kimi bu il də Xocalıda gördüklərini bircə-bircə anlatdı...
Qonaqlar gedəndən sonra nənəsinin yanında əyləşib onun əllərinə sığal çəkdi və nənənin cavablandıra bilməyəcəyini bilə-bilə soruşdu:"Həmin vaxt nə zaman gələcək ki, torpaqlarımıza qayıdaq?"
Hənəsi sualı cavablandırmadı, sadəcə gözlərini bir nöqtəyə dikib, çiyinlərində illərin dərdi və yorğunluğunu daşımaq üçün Ulu Tanrıdan güc istədi.