Kəmaləddin Heydərov Oğuzda vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Oğuzda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovtərəfindən dekabrın 22-də Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında 21 dekabr 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.