“BTQ ilə hərbi yüklər daşınacaq “ Hadisə

“BTQ ilə hərbi yüklər daşınacaq “

"ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən hərbi yüklərin daşınması üçün istifadə etməkdə maraqlıdır".
bunu ABŞ-ın Ceymstaun Fondunun direktoru Qlen Hovard Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.
O bildirib ki, BTQ-nin bu məqsədlə istifadə olunması təklifləri müzakirə olunur və Türkiyə buna ilkin razılıq ifadə edib.
Qlen Horvard Azərbaycanın ABŞ üçün əhəmiyyətinə də toxunub: "Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıdakı görüşləri göstərir ki, Azərbaycan bu iki ölkə arasında neytral görüş yerinə çevrilib".
Bölgədə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışan Qlen Hovard TANAP layihəsinin regiona olduqca böyük təsirinin olacağını qeyd edib.