Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib
Ankarada qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib
14:42
721
Hörmüz boğazında gərginliyin eskalasiyasının qarşısını almaq üçün xüsusi rabitə kanalı yaradılıb və o, artıq fəaliyyət göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.
"Bu məqsədlər üçün (münaqişələrin qarşısını almaq üçün) rabitə kanalı yaradılıb və ondan son bir neçə gündə baş verən eskalasiyanın qarşısını almaq üçün istifadə olunub. Bu rabitə kanalı qurulub və işləyir", - deyə o, brifinqdə münaqişənin həlli mexanizmləri barədə suala cavab verərkən bildirib. Diplomat bu kanalın işinin texniki təfərrüatlarını açıqlamayıb.
Qətər XİN rəsmisi həmçinin bildirib ki, Doha tərəfdaşları ilə Tehranın da iştirakı ilə regional dialoqun keçirilməsi imkanlarını müzakirə edir. "Biz regional tərəfdaşlarımızla birlikdə, İran da daxil olmaqla, region ölkələrinin danışıqlar masası arxasında əyləşərək öz narahatlıqlarını açıq şəkildə müzakirə etmələrinin məqsədəuyğun olacağı bir mərhələyə necə çatmağı müzakirə edirik", - deyə əl-Ənsari qeyd edib.
Məryəm Quliyeva