““ASAN xidmət” əlilliyi müəyyən edə bilməz” Hadisə

““ASAN xidmət” əlilliyi müəyyən edə bilməz”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin əlillik statusunun müəyyən edilməsinin "ASAN xidmət"ə verilməsi təklif edib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, "ASAN xidmət" yalnız dövlət orqanlarının göstərdiyi xidmətləri özündə cəmləşdirir: "Dövlət orqanlarına yer verir və onların işinin üzərində nəzarət edir. Əlilliyi müəyyən etmək üçün "ASAN xidmət"də laborotoriya yaradılmalıdır? Bu, nazirliyin işidir.
"ASAN xidmət" əlilliklə bağlı hansısa yekun sənədi verə bilər. Əlilliyin müəyyən edilməsi üçün şəxs xəstəxanada yatmalıdır. Komissiya buna baxıb, sənədlər əsasında araşdırma aparmalıdır. Tibbi ekspert komissiyası buna baxmalıdır. Bunların hamısını "ASAN xidmət" edə bilməz. Əsas proses xəstəxanalarda və tibbi ekspert komissiyasında gedir".