Rus snayperləri Qarabağda Hadisə

Rus snayperləri Qarabağda

Rusiya Cənub hərbi dairəsinin Ermənistanda yerləşən bazasındakı "Kamxud" yüksək dağ təlim-tədris kompleksində yeni "taktiki snayper dueli" adlı xüsusi kurslara star verilib. ANS PRESS-in məlumatına görə, kurslar 3 gün davam edəcək.
Kurslara başlamasına bir ay qalmış erməni hərbçilər snayperlərdən düzgün istifadə, hədəfi dəqiq vurma, xüsusi snayper silahlları olan "Draqunov" və "Vintorez"lərdən atış qaydları ilə bağlı hazırlıq keçiblər.
Məlumata görə, kurslarda hərbçilər iki qrupa bölünəcək. Qruplardan biri hər cür hərbi sursatlarla təmin edilmiş düşmən diversiya qrupu olacaq. Digər qrup isə snayperçilərdən ibarət olacaq. Hər iki qrup atışma zamanı düzgün mövqe seçməyi, snayperlərdən istifadə qaydalarını öyrənəcəklər.
Həmin snayperlərin Qarabağda olması və Azərbaycanlı əsgərləri məhz onların vurduğu ehtimal edilir.
Xatırladaq ki, Ermənistanın "Armenpress" saytı azərbaycanlı əsgərlərin snayperlər tərəfindən vurulduğunu etiraf edib.