"Müharibə tezliklə bitməyəcək" Dünya

"Müharibə tezliklə bitməyəcək"

"ABŞ - İran müharibəsi heç vaxt dayanmayacaq, o vaxta qədər ki, tərəflərin şərtləri bir-birinin
"boğazından" keçəcək. Amma bu heç də asan görünməyəcək".

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov ABŞ Prezidenti Donald Trampın İranla müharibənin noyabr ayında keçiriləcək seçkilərdən dərhal sonra başa çatmalı olduğunu bildirməsinə münasibətində deyib.

O, qeyd edib ki, İran nüvə məsələsindən heç vaxt geri addım atmayacaq, üstəlik burada Hörmüz boğazı məsələsi var: "İran ABŞ-nin düçübdüyü qədər heç də zəif ölkə deyil, onun yetərincə silaha malik olduğunu Tramp özü də təsdiqləyib. ABŞ lideri İranın hər zaman raket atmaq imkanına malik olduğunu deyib. Onun sözlərinə görə, İranın kifayət qədər raketi var və ölkənin həmişə müəyyən sayda raketi olacaq. Deməli, İranı asanlıqla tam etmək mümkün deyil. Bu, ABŞ-a baha başa gələcək. Trampın Hörmüz boğazını "Tramp boğazı" adlandırması da tərəfin qıcığına səbəb olub. Ona görə də, düşünmürəm ki, müharibə noyabrdan sonra bitsin. Bu fikir, sadəcə Trampın siyasi gedişidir".

Cavid