10:04
245
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud cümə axşamı iki dəfə ABŞ Prezidenti Donald Trampa zəng edərək Yəməndəki qiyamçı "Ənsar Allah" hərəkatının husi mövqələrinə zərbələr endirməsini xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Portalın məlumatına görə, vəliəhd şahzadə husilər tərəfindən gərginliyin artması fonunda Trampa müraciət edib. ABŞ Prezidenti Səudiyyə Ərəbistanına birbaşa hərbi köməkdən imtina edərək bildirib ki, hazırkı mərhələdə ABŞ üçün prioritet məsələ İrana qarşı müqavimət göstərmək və Hörmüz boğazını açmaqdır.
Bununla belə, eskalasiya fonunda Pentaqon cümə axşamı məsləhətləşmələr aparmaq üçün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi Səudiyyə Ərəbistanına göndərib.
Yəməndə vəziyyət sentyabrın əvvəlində, qiyamçı hərəkat ölkənin cənub-qərbində hücuma keçdikdən sonra kəskin şəkildə pisləşib. Quru hücumu ilə yanaşı, husilər Qırmızı dənizin sahilboyu ərazilərinə və Taiz şəhərinin ətraflarına raket və dronlarla zərbələr endirməyə başlayıblar. Onlar Məxa şəhərinə gedən yolları kəsməyə və strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazının yaxınlığındakı ərazilərə doğru irəliləməyə çalışırlar.
Məryəm Quliyeva