“Azərbaycan” İES-in yenidən qurulması davam etdirilir Hadisə
- 5 Avqust 2019 14:03
- 1 407
500 və 330 kV-luq yarımstansiyaların hər ikisində, səkkiz enerji blokun dördündə işlərin çox hissəsi başa çatıb. Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzindən verilən məlumata görə, 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonuna kimi yekunlaşacaq. Paralel olaraq 500 kV-luq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə 500 kV-luq yarımstansiyada işlərin 90 faizi görülüb.
Ötən ilin iyulunda qəza baş verən 330 kV-luq yarımstansiyada isə 63 cərəyan transformatorunın artıq hamısı dəyişdirilib. Ümumilikdə 330 kV-luq yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda 330 kV-luq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir.
Bundan başqa su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi yekunlaşır və bu günlərdə asfalt qatının vurulması prosesi həyata keçiriləcək. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekinlaşmağa doğru gedir.
Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son yoxlama sınaq işləri aparılır. Eyni zamanda 6 km məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.
-
Blinken çinli həmkarı ilə görüşüb
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
-
Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər
-
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
-
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
-
Mastercard: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir
-
Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi
-
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq
-
Tarixi zəfərimizin əqli mülkiyyətə müsbət təsirləri var - Kamran İmanov
-
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
-
Trampın müşavirləri ABŞ dollarından imtina edən ölkələrə qarşı sanksiyalar barədə düşünürlər
-
Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir
-
Qızıl və gümüş yenidən bahalaşıb
-
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
-
Keçmiş ukraynalı nazir həbs olunub
-
Bakıda evdə meyit tapılıb
-
Azərbaycanda general-mayor vəfat edib
-
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
-
Liftdə köməksiz qalan 1 nəfər xilas edilib
-
NİİM piyadalara müraciət edib
-
QAİ Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
-
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
-
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro
-
Rusiyanın itkiləri artır
-
COP29-un əhəmiyyəti
-
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açılıb
-
Xocavənddə partlayıcı vasitələr aşkar edildi
-
"ABŞ Pekinin inkişafına mane ola bilməyəcək”
-
İcra başçıları və digər rəhbər şəxslərlə görüşmək istəyənlərin nəzərinə - CƏDVƏL
-
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
-
Husilər İsrail hədəflərinə raket atıb
-
Tərtərdə mikroavtobusla minik avtomobili TOQQUŞDU: Xəsarət alanlar var
-
ABŞ Ukraynaya 6 milyard dollarlıq yardıma hazırlaşır
-
Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi
-
Azərbaycan nefti ucuzlaşıb
-
Avtoxuliqanlıq edən sürücülər həbs olundu
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ qırmızı xətti keçməməlidir
-
Tokio, Roma və London ən yeni qırıcının prototipini hazırlamağı istəyirlər
-
Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı - Füzuliyə qayıdan sakin
-
30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır - Füzuliyə qayıdan sakin
-
Vətənimizə qayıtmağımıza çox sevinirik - Füzuliyə qayıdan sakin
-
Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri başa çatır
-
Sevincimin həddi-hüdudu yoxdur - Füzuli sakini
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
-
ABŞ ilə Moldova Avropaya qaz tədarükü sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər
-
Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib
-
ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır
-
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
-
Husilər Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum ediblər
-
ABŞ qoşunlarının əsas hissəsini Niger və Çaddan çıxaracaq
-
“Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib
-
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər
-
Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır - ÜST
-
Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb
-
FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək
-
Para-üzgüçümüz Avropa Açıq Çempionatında 3-cü medalını qazanıb