Türkiyə həm İran, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır
Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb
Samir Bağırov: Qorxurdum deyə, səhnəyə qaçırdım, o güclər məni öz tərəfinə çəkirdilər - MÜSAHİBƏ
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
Fidan İranın XİN rəhbəri ilə ölkədəki vəziyyəti yenidən müzakirə edib
20 Avqust 2019 12:14
1 631
Avqustun 20-də saat 09:00-dan etibarən Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən bildirilib ki, bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq. Saat 10:00-dan Binəqədi rayonu Xocasən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində qaz təchizatı dayandırılacaq. Bundan başqa Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zəruriyyət yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.