XI sinif üçün “Fizika” dərsliyi haqqında Hadisə

XI sinif üçün “Fizika” dərsliyi haqqında

Dərsliklərin yazılmasını metodika kafedralarına həvalə etməyin vaxtı çatıb

Şükür Əlizadə

2005-ci ildə «Ümumi təhsil sistemində dərslik siyasəti» adlı sənədli qəbul edildi. Bu sənəddə dərslik siyasətinə aydınlıq gətirməklə onun təhsil sahəsində əsas strateji istiqamətlərdən biri olduğu göstərilir.
Təhsil sistemində nəzərdə tutulan strateji istiqamətlər içərisində birinci yerdə «Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması» durur. Bu baxımdan təhsil siyasətinin tələblərinə cavab verən dərsliklərin yaradılması ən əhəmiyyətli məsələyə çevrilmişdir.
Göründüyü kimi müasir fizika dərsliyi, ilk növbədə standartlara ehtiva olunmuş bilik və bacarıq komponentlərini əhatə etməli, onların reallaşdırılmasına imkan yaratmalıdır. Həmin bilik və fəaliyyət əsasında şagirdlərdə müvafiq bacarıqların formalaşdırılması üçün didaktik sistem hazirlanmalı və işlək mexanizm formasında təqdim olunmalıdır.
Kurikuluma uyğun hazırlanmış dərsliyə verilən tələblərdən biri müəllim və şagirdlərin fəaliyyətini tənzimləyən metodologiya əsasında yaradılması və şagirdlərin özünüqiymətləndirilməsi üçün didaktik materiallar nəzərdə tutulmalıdır.
Dərslik şagirdlər üçün hazırlandığından oradakı materiallar da şagirdlər üçün nəzərdə tutulmalıdır.
Dərsliyə verilən tələblərdən biri də şagirdlərə “Öyrənməyi öyrənmək, tədqiqat aparmaq və problemi həll etmək bacarıqlarını formalaşdırmağa imkan verməlidir.
XXI yüzillik ağlın, intellektin təntənəsi əsridir. Müstəqillik yoluna çıxmış respublikamızın mənafeyi Azərbaycan məktəbinin, ilk növbədə, məhz ağıl, intellekt məktəbi olmasını tələb edir. İntellekt məktəbinin yaranması isə yalnız o zaman mümkündür ki, birinci növbədə, onun dərslikləri intellektual xarakter daşımaqla şagirdləri düşünməyə, axtarış aparmağa, müxtəlif konstruksiyalar etməklə özlərinin yaradıcılıq bacarıqlarını nümayiş etdirməyə sövq etsin. Şagirdlər özlərinin təlim nailiyyətlərini əldə etməkdə dərsliyin istiqamətverici rolundan istifadə edə bilsinlər.
Əgər əvvəllər dərsliklər yeganə məlumat mənbəyi kimi etibarlı hesab olunurdusa və oradakıfakt və hadisələrə yoxlanılan, qiymətləndirilən deklorativ biliklər kimi yanasilirdisa, artıq kurikulum üzrə hazırlanmış dərsliklərdə mənzərə tamamilə başqa olmalıdır.
Müasir məktəb dərslikləri şagirdlərin praktik fəaliyyətləri üçün ən zəruri olan informasiyaları və praktik fəaliyyəti inkişaf etdirmək üçün öyrədici, tərbiyələndirici və inkişafetdirici funksiyasini özündə ehtiva etməlidir. Bu məqsədlə çalışma, məsələ həlli, təcrübə, laboratoriya işi, tapşırıq və layihəyə yer verilməlidir.
Ölkəmizdə həyata keçirilən dərslik siyasətinin başlıca tələblərindən biri də dərsliklərin inteqrativlik xüsusiyyətə malik olmasıdır bu məqsədlə dərsliyin məzmununa şagirdlərin idraki, hissi və psixomotor bacarıqlarını inkişaf etdirmək üçün təlim materialları daxil edilməlidir. Dərsliklərin nəzəri materiallardan ibarət yükünün praktik materiallarla balanslaşdırilmasi, yaxud uzlaşdırılması şagird şəxsiyyətinin formalaşdırılması baxımından nizamlanmalıdır. Dərslik mövcud fənn standartlarına uyğun və məktəblilərin maraq və tələbatlarının ödəyən məzmunda olmalıdır.
Kurikulum üzrə Xİ sinif üçün fizika dərsliyi 2018-ci ildə (müəllifləri: Rasim Abdurrazaqov, Rövşən Əliyev, Qalib Şərifov) hazırlamışlar.
Xİ sinfin fizika dərsliyi 4 fəsildən, 208 səhifədən ibarətdir. Dərslikdə təlim materiallarının elmiliyi, dəqiqliyi və təcrübələrin düzgünlüyünü yarıtmaz vəziyyətdədir.
Faktlara müraciət edək: səhifə 10-da yazılmışdır: “Eyni işarəli elektrik yükləri bir-birini itələyir, müxtəlif işarəli elektrik yükləri isə bir-birini cəzb edir.
Görəsən dərslik müəlliflər elektrik yüklərini görürlərmi?!” Əlbəttə yox. Bəs onların qarşılıqlı təsirindən necə danışırlar?! Həmin səhifədə yazılmışdır: elektrik yükü q hərfi ilə işarə edilir. (Elektrik yükünün miqdarını elektrik yükü adlandırmaq olmaz). Səhifə 12-də elektrik yükü üçün saxlanma qanunu ödənilir. Bütün bunlar səhv fikirlərdir. Elmi təhrif etməkdən başqa bir qeyd deyildir. Səhifə 13-də elektrik yükləri necə paylanır təcrübəsi də düz deyil.
Səhifə 23-də müstəvi kondensatorun şərti işarəsi verilmişdir. Sabit tutumlu kondensatorla yanaşı dəyişən tutumlu kondensatorlar da mövcuddur. Onun da şərti işarəsini göstərmək və kondensatorun quruluşu və növləri haqqında məlumat vermək lazım idi. Bu dərslik olduğundan şagirdlərə kondensatorların quruluşu və növləri haqqında məlumat verilməli idi. Həmin səhifədə elektrofor maşının diskləri sürətlə fırlatdıqda onlar arasındakı havaya sürtünməklə əksişarəli yüklərlə elektriklənir. Bu yüklər disklərə toxunan metal fırçalar vasitəsilə iki Leyden bankasına toplanır və oradan kürəvi metal konduktorlara ötürülür. Bu elmi səhvdir. Bu onu göstərir ki, müəlliflər elektrofor maşının quruluşunu və necə işləməsini yaxşı bilmirlər. Yüklər disklərə toxunan metal fırçalar vasitəsilə Leydan bankasına toplanır fikri ikiqat elmi səhvdir. Çünki metal fırçalar diskə toxunmur. Bu onu göstərir ki, müəlliflər elektrostatik induksiya hadisəsindən xəbərləri yoxdur. Belə təsəvvürə malik şəxslər elmdən xəbərsiz olduğundan onlara orta məktəbin fizika fənnini yaxşı öyrənməyi məsləhət bilirəm.
Səhifə 27-də “Kondensatorların birləşdirilməsi” mövzusunda lampaların ardıcıl və paralel birləşdirilməsi sxemi verilmişdir. Görəsən lampa haçandan kondensator olub?!
Səhifə 28 və 35-də verilmiş sxemlər səhvdir. Səhifə 36-da elektrodinamik sistemli ölçü cihazın iş prinsipi və sxemi düz deyildir. Elektrik ölçü cihazların tənlikləri verilməmişdir. Səhifə 39-da “Elektromaqnit induksiya hadisəsi” təhrif edilmişdir. Burada M.Faradeyin təcrübəsindən kənara çıxmaq olmaz. Onun apardığı təcrübəni unutmaq da olmaz. Həm də elmdə inqilab edən dahi alimin apardığı sadə təcrübəni şagirdlərimizə olduğu kimi öyrətməyə borcluyuq.
Təəccüblüsü budur ki, müəlliflər elektromaqnit induksiya hadisəsinin fiziki mahiyyətini unutmuşlar. Səhifə 41-də induksiya cərəyanın istiqaməti haqqında yazılıb: “İnduksiya cərəyanı həmişə elə istiqamətə yönəlir ki, onun məxsusi maqnit sahəsi bu cərəyanın maqnit selinin dəyişməsinə mane olsun. Fikrimizcə, mane olsun yox, onun dəyişməsinə əks təsir göstərməsi daha dəqiqdir. Səhifə 46-da öz-özünə yox, özü-özünə induksiya EHQ olmalıdır.
Səhifə 54-də “Metalların elektrik keçiriciliyinin elektron nəzəriyyəsinin elementləri” mövzusunda “elektron nəzəriyyəsi” yoxdur. “Elektron nəzəriyyəsi” ilə şagirdlərin tanış edilməsi lazım idi.
Səhifə 58-də “Dövrə hissəsi üçün Om qanunu”ndan danışılır. Om qanununun doğruluğunu yoxlamaq üçün dövrənin prinsipial sxemi verilməlidir. Həmin prinsipial sxemdən istifadə edib qanun çıxarılmalı idi. Prinsipial sxemsiz dövrə hissəsi üçün Om qanunu haradan yarandı?!
Səhifə 61-də praktik iş təklif olunmuşdur. Həmin işi icra etmək üçün təklif olunmuş Ommetr görünmür. Onunla necə işləmək haqqında heç bir informasiya verilməyib.
Səhifə 62-də “Elektrik hərəkət qüvvəsi. Tam dövrə üçün Om qanunu” mövzusu verilmişdir. Tam dövrə üçün Om qanunun doğruluğunu yoxlamaq üçün dövrənin prinsipial sxemi unudulmuşdur. Dövrənin prinsipial sxemi olmadan qanun haradan yaranır?!
Səhifə 66-da “Vakuumda elektrik cərəyanı” mövzusunda əvvəl vakuum diodu üzərində söhbəti qurmaq və təcrübəni aparmaq lazım idi.
Səhifə 62-də qısaqapanma haqqında məlumat verilməmiş səbəbi soruşulur.
Səhifə 63-də kənar qüvvələr aydın izah olunmayıb.
Səhifə 65-də sual qoyulur: İsbat edin ki, tam dövrədə cərəyan şiddəti düsturuna bərabərdir. Necə isbat etsinlər?!
İsbat etmək üçün təcrübənin prinsipial sxemi olmalıdır. Onu da siz müəlliflər bilmirsiniz. Şagird haradan bilsin?!
Səhifə 67-də yazılmışdır: çıxış işi yalnız metalın növündən asılıdır. Bu səhvdir.. Axı çıxış işi təkcə metalın növündən deyil, səthinin hamarlığından və təmizliyindən də asılıdır.
Səhifə 69-da rentgen şüaları haqqında məlumat yarımçıq və anlaşılmazdır. Bu şüaların böyük nailiyyəti xəstəlikləri aşkar etməklə yanaşı, maddələrin kristal quruluşunu öyrənməkdir. Bu haqda yazmaq unudulmuşdur. Səhifə 73-də qaz boşalmasının mexanizmi tam aydın deyil. Müstəqil qaz boşalmasının növlərinin yalnız adı çəkilir.
Səhifə 74-də “Elektrolit məhlullarında elektrik cərəyanı Elektroliz qanunu” mövzusunda elektrik dvrəsinin prinsipial sxemi keçən əsrdən qalmışdır. Onu elektron tərəzisindən istifadə etməklə qurmaq lazımdır. Müasir dərslik müasir texnologiya əsasında yazılmalıdır. Məktəblərimizdə çoxdan elektron tərəzəsi mövcuddur. Ondan istifadə etməyi dərslik müəllifləri unudublar. Ya da ki, o haqda məlumatları yoxdur.
Səhifə 75-də yazılır ki, qanun 1836-cı ildə ingilis alimi M.Faradey tərəfindən irəli sürülmüşdür. Bu Faradeyə qarşı hörmətsizlik və düşüncəsizlikdir.
Səhifə 82-də əks keçid əvəzinə tərs keçid yazılmışdır. Fizikada tərs keçid yoxdur. Səhifə 82-də yazılmışdır: “İki yarımkeçirici kristalı, yəni P və n-tip kristallarını lehimlədikdə onların toxunma hissəsində elektron-deşik keçidi (və ya p-n keçidi)” yaranır. Əvvələn p–tip və n-tip yarımkeçirici nümunəni lehimləşmədən də onları bir-birinə toxundursan toxunan hissədə p-n keçidi yaranır. Bu zaman n-tip kristalından elektronların bir hissəsi p-tip kristalına diffuz edərək sərhəddəki deşiklərin müəyyən hissəsi ilə rekombinasiya edərək neytrallaşır. P-tip kristaldan isə deşiklərin bir hissəsi n-tip kristalına diffuz edərək sərhəddəki deşiklərin müəyyən hissəsi ilə rekombinasiya edərək neytrallaşır. P-n keçidin yaranmasının bu şəkildə təsvir edilməsi elmi səhvdir. Müəlliflərə məsləhətim budur ki, p-n keçidin yaranması mexanizmini öyrənmək üçün Stilbansın kitabına müraciət etsinlər.
Səhifə 111-də rezonans əyrisi nümayiş edilmşidir. Rezonans əyrisini nümayiş etdirmək üçün dövrənin prinsipial sxemi verilməlidir.
Səhifə 112-də verilmiş sxemi yenidən nəzərdən keçirməyə ehtiyac var. Onunla rezonansı nümayiş etdirmək olmaz.
Səhifə 114-də elektrik cərəyanının istehsalı və ötürülməsi sxemi göstərilmişdir. Respublikamızda bu sxem əsasında elektrik enerjisinin ötürülməsi olmur. Dərslikdə respublikamızda elektrik enerjisinin ötürülmə sxeminin verilməsi məqsədəmüvafiq hesab edilir.
Səhifə 118-də göstərilmişdir: 3. Cihazlar arasındakı məsafəni dəyişmədən onların ruporlarını yuxarı qaldırıb, üfüqlə 450 bucaq altında yerləşdirin (b). Müşahidələrinizi davam etdirin. Təcrübənin bu şəkildə təşkili səhvdir. Çünki, bu halda heç nə müşahidə olunmaz. Ən azı generator və qəbuledici şəbəkəyə qoşulmamışdır.
Səhifə 128-də işığın təbiətinə aydınlıq gətirməyə çalışırlar. Lakin işıq nədir? Sualına aydınlıq gətirilmir.
Kurikulumun tələblərinə görə dərslik elə yazılmalıdır ki, şagird müstəqil şəkildə dərsliyi oxuyub bilik qazana bilsin. Təəssüflər olsun ki, mövcud dərslik buna imkan vermir. Ona görə ki, heç bir təcrübəyə uyğun izahata yer verilməmişdir. Şəkillər isə nömrəsizdir, təcrübələrin aparılması metodikası verilməmişdir. IX sinifdə keçilmiş “Müxtəlif mühitlərdə elektrik cərəyanı” fəslinə daxil olan metalların elektrik keçiriciliyinin elektron nəzəriyyəsi, “Metallarda elektrik cərəyanı”, Vakuumda elektrik cərəyanı“, “Elektrolitlərdə elektrik cərəyanı”, “Qazlarda elektrik cərəyanı” və “Yarımkeçiricilərdə elektrik cərəyanı” mövzuları fizika 9-da öyrədilib (Bax. Fizika 9. Səh. 19-47) təkrarən XI sinifdə verilməsinə nə ehtiyac vardır?!
Tədris materiallarının düzgün yerləşdirilməsi onların mənimsənilməsini asanlaşdırır. Bu baxımdan “Fizika-11” dərsliyinin strukturu düzgün qurulmamışdır. Dərsliyin strukturu düzgün qurulması üçün onun strukturu aşağıdakı qaydada verilməsini təklif edirik.
I fəsil. Elektrostatik sahə;
II FƏSİL. Müxtəlif mühitlərdə elektrik cərəyanı;
III FƏSİL. Maqnit sahəsi;
IV FƏSİL. Elektromaqnit rəqsləri və dalğaları;
V FƏSİL. Optika;
VI FƏSİL. Atom fizikası
Anlayışlar xəritəsi fəslin əvvəlində deyil, onun sonuna verilsə həmin cədvəl ikili funksiya daşıyacaqdır: a) ümumiləşdirici; b) nəzarətedici.
“Anlayışlar xəritəsi” fəslin əvvəlində deyil, hər fəslin sonunda verilməsi şagirdlər üçün faydalı olar.
Üz qabığındakı illüstrasiya dərsliyin məzmununu əks etdirmir.
Dərslikdə praktik işə az yer verilmişdir.
Fizika -11 dərsliyi kurikulumun tələblərini ödəmir.
6, 7, 8, 9 və 10-cu siniflər üçün yazılmış fizika dərslikləri də kurikulumun tələblərini ödəmir.
Cənab təhsil Naziri!
Dərslikləri yazılmasını metodika kafedralarına həvalə etmək vaxtı çatmışdır. Çünki kollektiv dərsliyin hazırlanmasına cəlb edilərsə onun keyfiyyəti də yaxşı olar.