Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Düşüncəsində, sözündə, əməlində xeyirxah İnsan

Düşüncəsində, sözündə, əməlində xeyirxah İnsan Hadisə

Düşüncəsində, sözündə, əməlində xeyirxah İnsan

Dostum Vaqif Qasım oğlu Qasimovun əziz xatirəsinə

Elə insanlar var ki, onlarla salamlaşmadan, elə ruhlar var ki, qarşısında baş əymədən yanlarından ötüb keçmək mümkün deyil. Elə dostlar var ki, son mənzilə yola salıb vidalaşırsan, lakin ayrılıb, uzaqlaşa bilmirsən, ruhən ömrünün sonunadək onunla birgə düşünür, gəzib-dolaşır və yaşayırsan. Elə şəxsiyyətlər də var ki, xatırlayanda susa bilmirsən. Əziz, hörmətli və unudulmaz dostum Vaqif Qasim oğlu Qasımovun bugünki matəm mərasimində ona görə danışıram ki, susa bilmirəm.

xxx

Məclisdə elə adamlar görürəm ki, onu məndən daha əvvəl, geniş planda və yaxından-ata, əmi, dayı, qardaş, qohum, uşaqlıq, gənclik dostu, həmkar, yerli və s. kimi tanıyır. Mənsə onu respublika miqyasında ictimai-siyasi xadim, ləyaqətli dövlət adamı, parlamentdə xalqın həqiqi təmsilçisi-millət vəkili və pensiya dövrümün dostu, həmdəmi kimi tanıyıram. Onun ömür kitabında saflıq və bütövlüklə yanaşı, yetkinlik və ucalıq, düşüncəsində, sözündə-söhbətində və əməlində xeyirxahlıq ana xətt kimi diqqəti cəlb edirdi. Həyat və fəaliyyətinin bütün istiqamətləri əsl ziyalı və azərbaycanlı olmaq üçün standartlıq nümunəsi idi. Taleyi elə gətirdi ki, ölkədə standartlaşdırma sahəsinə rəhbər təyin olundu. Uğurlu təyinat insanın şəxsi keyfiyyəti ilə vəzifəsinin tələbatının birliyini vəhdətdə tamamladı. Bu vəhdət qısa vaxt ərzində standartlaşdırma kimi mühüm sahədə respublika miqyasında bütün istehsalın keyfiyyətini nəzarətə aldı. Uğurları zəruri təşkilat-texniki və metodiki tədbirlərlə sabitləşdirib, möhkəmləndirdi.

xxx

Vaqif Nəriman Nərimanov rayon partiya komitəsinin birinci katibi işləməklə, taley onu siyasi fəaliyyət sahəsində sınağa çəkdi. Respublikada müstəmləkəçiliklə müstəqillik üz-üzə durdu. Qanlı yanvar faciəsi partiya, sovet, təsərrüfat nomenklaturasını ciddi seçim qarşısında qoydu: Azərbaycan, millət, müstəqillik, azadlıq və yaxud SSRİ, sovet xalqı, müstəmləkəçilik, köləlik, vəzifə, şəxsi firəvanlıq?! Bu adi mübarizə deyildi. "Olum ya ölüm" savaşıydı.
Seçim vaxtı idi. Vaqif isə seçimini çoxdan etmişdi. Rəhbəri olduğu partiya komitəsinin ad lövhəsini çıxarıb atmışdı. Ondan soruşanda raykomun ad lövhəsinin yerində nə asmaq fikirindəsən?! "Müstəmləkəçilik, istibdad və zorakılıqla mübarizə komitəsi" - deyə cavab verirdi.

xxx

Milli Məclisdəki fəaliyyəti bütünlüklə gözümün qarşısında baş verib. Taleyi onu burada ən böyük arzusuna çatdırdı: Azərbaycan Respublikasının Dövlət müstəqilliyinə, üç rəngli bayrağına, himninə, gerbinə səs verdi.
Bütövlükdə, 20-ci əsr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixidir. Səttar xandan başlayan milli azadlıq mübarizəsinin estafet məşəlini Şeyx Məhəmməd Xiyabani daha yüksəklərə qaldırdı. Məhəmməd Əmin Rəsulzadə ziyası ilə nəzəri və əməli cəhətdən formalaşıb, tarixdə xüsusi status aldı, Pişəvəri tərəfindən davam etdirilərək, Əbülfəz Elçibəyin liderliyi ilə cilalanıb, məntiqi sonluğuna qovuşdu. Bu şərəfli missiyanın aparıcı, hərəkətverici qüvvəsi AXC və xalq idisə, hüquqi təminatçısı respublikanın sonuncu Ali Soveti və ilk Milli Məclisi oldu.
100 illik mübarizədən sonra dövlət müstəqilliyinə səs vermək qisməti mükafat, fəxri ad, rütbə, dərəcə və s. deyildi, hər xalqın tarixi taleyində bir dəfə baş verən misilsiz, müqayisə və təkrar olunmaz şərəf işi idi.
O gün - 17 oktyabr Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təsdiq edən tarixi və şanlı ad günü idi. Vaqiflə birgə o günə səs verdik. Hesab edirəm həyatda bundan böyük səadət yoxdur, ola da bilməz!

xxx

Vaqif Milli Məclisdə qaçqın və köçkünlərlə iş aparan daimi komissiyanın yaradılması və Xocalı soyqırımına dövlət səviyyəsində qiymət verilməsi sahəsində qızğın, geniş miqyaslı fəaliyyət göstərdi və məqsədinə nail oldu. O, ömrünün sonunadək pensiyaçı olduğu dövrdə belə, ilk Milli Məclisin digər üzvləri kimi maddi ehtiyac içində yaşamasına baxmayaraq qaçqın və köçkünlərə qayğısını əsirgəmir, onlarla görüşür, kömək etməyə çalışırdı. Bu il dostumuz və həmkarımız Aslan Abbasovla Xızıda məskunlaşan qaçqınlarla görüsə getdiyinin şəxsən şahidi olmuşam.

xxx

Parlament fəaliyyəti başa çatdıqdan sonra Azərbaycan hökumətinin qardaş Türkiyə Respublikasında nümayəndəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti kimi fəaliyyəti diqqətəlayiqdir. Onun Türkiyənin görkəmli dövlət adamları, şəxsən Süleyman Dəmirəllə dostluq və işgüzar münasibətləri hər iki ölkə üçün faydalı nəticələr verib. Bununla bağlı bir necə kitab yazıb, nəşr etdirib, xüsusi layihələr əsasında iri həcmli məcmuələrin hazırlanıb çap olunması işinə kordinatorluq edib.

xxx

Pensiyaya çıxdığımız illərdə Zeytunluqdakı "Göy-göl" istirahət mərkəzinin işgüzar kollektivinin sonsuz qayğısı ilə əhatə olunaraq, Lənkərandan müdrik ağsaqqal Səadət Tağıyevin sovqat göndərdiyi əsl Lənkəran çayının ətirli süfrəsi ətrafında görkəmli yazıçı-publisist Nahid Hacızadə, Əlövsət Bəşirli, filosof Fikrət Təbibi, Elşən Bayramzadə, politoloq Söhrab Abdullayev, həmkarımız Xeyrulla Əliyev və başqaları ilə tez-tez görüşüb, söhbət edirdik. Vaqif bəzi hallarda məclisimizi vaxtından əvvəl tərk edərək, "məhəllədə nəvələlərim məni səbrsizliklə gözləyirlər" deyib, evə tələsirdi. O, yaşadığı məhəllədiki uşaqlarla dostluğundan onlara sevgisindən, arzu və istəklərindən danışır, çöhrəsinə saf, mehriban, müqəddəs bir təbəssüm qonur, sanki uşaqlaşıb onlara qoşulurdu.
Mən isə bu anlarda düşünürdüm: o şəxs xoşbəxdir ki, uşaqlıqda qocaların hörmət və sevgisini qazanır, o insan xoşbəxdir ki, qocalıqda uşaqların məhəbbətini qazanır, onların sevimli babasına çevrilir. Vaqifə bu xoşbəxtlik nəsib oldu. O, sözün həqiqi mənasında qürur və iftixarla özünü bütün uşaqların babası hesab edirdi.

xxx

Cərrahiyyə əməliyyatına getməzdən əvvəl deyirdi: uzağı bir həftəyə qayıdacam. Axı, nəvələrimə söz vermişəm, əhdimi poza bilmərəm.
Həyatı boyu heç vaxt əhdini pozmayan, verdiyi sözün üstündə möhkəm dayanan Vaqif Qasımov bu dəfə sözünün üstündə durmayıb, əhdini pozdu, dostlarının və nəvələrinin gözünü yolda qoydu, heç kimə bir söz demədən, gözlərini əbədi yumdu.
Biz isə onu "düşüncəsində, sözündə, əməlində xeyirhax İnsan" kimi son mənzilə yola salır, xəyalımızda onunla hər gün görüşür, məzarının önündə dayanıb salam verir, ruhu qarşısında baş əyir, vidalaşmağımıza baxmayaraq, ayrılıb uzaqlaşmır, haqqında susa bilmir, qürur və iftixarla danışırıq.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Hüseynağa Qəniyev
Baki ş. 29 iyul 2014-cü il