Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43
21 Yanvar 23:43
21 Yanvar 23:40
21 Yanvar 23:37
21 Yanvar 23:02
602
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən, modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq vətən çörəyi, bir də ana ürəyi
Sizlərə qənim olsun.
(Bəxtiyar Vahabzadə)
Bir vaxtlar rusca danışmayana dükanlardan çörək belə verilməzdi. Bəlkə də Sovetlər birliyi dağılmasaydı indi hamımızı ruslaşdırmışdılar. Çünki elə bir zaman yetişmişdi ki, millətin dirisi ilə rusca, ölüsü ilə yalnız ərəbcə "haqq-hesab" çəkilərdi. Dövlət idarələri cəhənnəm, hətta dükan-bazarda rusca danışmaq dəb halını almışdı. Şükür bundan qurtulduq. Amma indi yeni bəlaya düçar oluruq deyəsən. Son illərdə də ingiliscə danışmaq dəb halın alıb. Xüsusən işəgötürmədə əsas kriteriya ingilis dilin bilməkdir.
Teleməkanlarımızda isə qeyri-peşəkar aparıcılar da dilimizi korlamaqla məşğuldurlar. Elə nitq etiketlərindən istifadə edirlər ki, baş aça bilmirsən. Restoran, bar, kafe, market adları, adi reklamlar ucdantutma ingiliscə verilir. Bəxtiyar Vahabzadə demiş,
Bir vaxt rusca idi, bütün reklamlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var
Bircə öz dilimiz yaramır bizə!
Unutmayaq ki, Şah İsmayıl Xətainin bizə miras qoyduğu əmanətlərdən biri və ən başlıcası dilimizdir. Dilimizin saflığını qorumaq ümumxalq, hamının birgə işidir. Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı:
Bu dil - bizim ruhumuz, eşqimiz. canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.
Malik Balaşov, publisist
21 Yanvar 17:08
1 029
21 Yanvar 16:29
952
21 Yanvar 16:24
1 134