Əsgər silahla hərbçi yoldaşını yaralayıb Hadisə

Əsgər silahla hərbçi yoldaşını yaralayıb

Azərbaycan Ordusunun əsgəri xidməti yoldaşını güllələyib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gəncədə yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.