"Azəralüminium"un istehsal gücü artırılacaq İqtisadiyyat

"Azəralüminium"un istehsal gücü artırılacaq

Azərbaycan alüminium sənayesində istehsal imkanlarını genişləndirməyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, “Azərbaycan Respublikasında dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Azəralüminium” MMC-nin istehsal güclərinin artırılması nəzərdə tutulur.

Sənədə əsasən, Gəncə şəhərində yerləşən elektroliz zavodunun illik istehsal gücünün 100 min tona, alüminium yayma məhsullarının istehsal gücünün isə 50 min tona çatdırılması planlaşdırılır.

Dövlət Proqramında qeyd olunur ki, tədbirlər metallurgiya sənayesinin inkişaf etdirilməsi, əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi və ixrac imkanlarının artırılması məqsədi daşıyır.

Qeyd edək ki, proqram üzrə ümumilikdə dağ-mədən və metallurgiya sektorunda yeni istehsal güclərinin yaradılması, yataqların iqtisadi dövriyyəyə cəlb olunması və sahənin ixrac potensialının artırılması hədəflənir.