17:56
399
İspaniyanın Seuta muxtar şəhərində kütləvi qanunsuz miqrant axınından sonra cinayətkarlığın səviyyəsi kəskin yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Europa Press" agentliyi Əndəlüs Ali Məhkəməsinin sədri Lorenso del Rioya istinadən məlumat yayıb.
O bildirib ki, 2026-cı ilin avqust ayından etibarən hüquqpozmaların sayı 2025-ci ilin müvafiq dövrü (avqust-sentyabr) ilə müqayisədə 60% artıb. Yaradılan gərginlik fonunda şəhərdə məhkəmə heyətinin sayı artırılıb. Del Rio əlavə edib ki, Seutanın problemi məhkəmə xarakterli deyil, "humanitar, sosial və siyasi xarakter" daşıyır və "ədalət mühakiməsi sistemi bu vəziyyəti həll etmək üçün müdaxilə edə bilməz".
Məryəm Quliyeva