11:34
350
Azərbaycana daxil olan və ölkədən çıxan pul baratları arasında müsbət fərq artıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı açıqlamasına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında pul baratları üzrə saldo 751 mln ABŞ dolları təşkil edib.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,1% artıb.
Mərkəzi Bank qeyd edib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Eyni zamanda, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi və qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi fonunda 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozun artım istiqamətində dəyişməsi ehtimal olunur.