Makron Ukraynaya HHM üçün önləyici raketlərin veriləcəyini elan edib Dünya

Makron Ukraynaya HHM üçün önləyici raketlərin veriləcəyini elan edib

Fransa Prezidenti Emmanuel Makron Parisin Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri üçün önləyici raketlər tədarük edəcəyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa lideri Nyu-Yorkda Vladimir Zelenski ilə görüşündən sonra "X" sosial şəbəkəsində yazıb.

"Biz radarların, eləcə də önləyici raketlərin tədarükünə dair müqavilə imzalamaqla onun (Ukraynanın) hava hücumundan müdafiəsini gücləndiririk", — deyə o, bildirib.

Makron həmçinin qeyd edib ki, bu təşəbbüsü ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

BMT Baş Assambleyasının Nyu-Yorkdakı 81-ci sessiyasının əsas ümumsiyasi debatları sentyabrın 22-də başlayıb.

Məryəm Quliyeva