Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
08:47
364
Xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.
Xalqcebhesi.az xəbər verir ki, TASS əməkdaşının verdiyi məlumata görə, hökumət təyyarəsi Moskvadan ABŞ-yə qədər olan məsafəni bütün ölkələrdən yan keçməklə şimal marşrutu üzrə 12 saat 45 dəqiqəyə qət edib.
Səfərin əsas hadisəsi Lavrovun sentyabrın 26-na planlaşdırılan ümumsiyasi müzakirələrdəki çıxışı olacaq.
Tədbirlər çərçivəsində Lavrovun 30-dan çox görüşü nəzərdə tutulub. O cümlədən sentyabrın 23-də Rusiya diplomatiyasının rəhbərinin ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqları planlaşdırılır. Sessiyaya Banqladeşdən Xalilur Rəhman sədrli edir. Onun sədrliyinin şüarı "Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: Hamı üçün işləyən BMT"dir.
Məryəm Quliyeva