Uitkoff: "İranla aparılan dolayısı danışıqlar uğurla başa çatdı" Gündəm

Uitkoff: "İranla aparılan dolayısı danışıqlar uğurla başa çatdı"

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə başa çatan dolayı danışıqların növbəti raundundan ümidli olduğunu bildirib və vasitəçilərin işlərini davam etdirəcəyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Uitkoff "X" sosial şəbəkəsində yazıb.

"BMT Baş Assambleyası çərçivəsində gün ərzində iki tərəf arasında gedib-gələn vasitəçilərin iştirakı ilə İran nümayəndə heyəti ilə uzun danışıqlar apardıq. Onlar müzakirələrin növbəti raundunu uğurla başa vurdular. Ümid edirik ki, bu müzakirələr konstruktiv və perspektivli olacaq", - deyə o, bildirib.

O qeyd edib ki, vasitəçilər öz fəaliyyətlərini davam etdirəcəklər.

Məryəm Quliyeva