Ərdoğan BMT kürsüsündən İsrailə təzyiqi artırmağa çağırıb Dünya

Ərdoğan BMT kürsüsündən İsrailə təzyiqi artırmağa çağırıb

Qəzzada nizamlanma üçün beynəlxalq ictimaiyyət İsrailə təzyiqi gücləndirməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bir il əvvəl biz Qəzzada nizamlanma çərçivəsində prinsipləri müəyyənləşdirdik və onlara sadiqik. Biz təcili olaraq Qəzzanın bərpasına başlamalıyıq. Sizi bu məsələdə İsrailə daha çox təzyiq göstərməyə çağırıram. Hər kəs artıq bu yanaşmanı qəbul etməlidir", - deyə o, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyasındakı çıxışı zamanı bildirib.

O, həmçinin fələstinlilərə təzyiq göstərmək cəhdlərinin "uğursuzluğa məhkum olduğunu" vurğulayıb. "Ümid edirəm ki, paytaxtı Şərqi Qüds olan, tam ərazi bütövlüyünə malik müstəqil Fələstin dövlətinin qurulduğu o gözəl günü görəcəyik", - deyə Ərdoğan qeyd edib.

Məryəm Quliyeva