Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir Dünya

Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə ticarət gəmilərinə qarşı hər hansı hücumun yolverilməz olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyasındakı çıxışı zamanı bəyan edib.

"Biz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini bərpa etmək, ərzaq təhlükəsizliyini təmin etmək və müharibənin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün tərəflərlə təmasları davam etdiririk. Qara dənizdə ticarət gəmilərinə son hücumların qəbuledilməz olduğunu xüsusilə vurğulayıram", - deyə Ərdoğan qeyd edib.

Məryəm Quliyeva