Makron: Fransa Hörmüzdə yalnız müdafiə xarakterli missiyada iştirak edə bilər Dünya

Makron: Fransa Hörmüzdə yalnız müdafiə xarakterli missiyada iştirak edə bilər

Fransa, Hörmüz boğazından gəmilərin daşınmasını təmin etmək üçün beynəlxalq əməliyyatda iştirak edə bilər, əgər bu əməliyyat sırf müdafiə xarakteri daşıyırsa.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sentyabrın 22-də efirə gedən ABŞ-nin "ABC" telekanalına müsahibəsində bildirib.

"Biz aydın konsepsiya və sırf müdafiə konsepsiyası ilə beynəlxalq əməliyyatda iştirak etməyə hazırıq", - deyə o qeyd edib. "Mən hər hansı bir dövlətlə qarşıdurmada iştirak etmək istəmirəm. Lakin biz bəzi obyektlərin mühafizəsi və tədarükün təmin edilməsi üçün daha fəal iştirak etməyə hazırıq".

Makron əlavə edib ki, Fransa tərəfi ABŞ və İranın Hörmüz boğazı vasitəsilə normal tədarükün bərpa olunacağı və "dizel yanacağı, aviasiya yanacağı, neft, eləcə də benzinə olan təzyiqin azalacağı" razılaşmalara nail olacağına ümid edir. Makronun vurğuladığı kimi, Fransa İranla müharibədə iştirak etməməyə qərar verib, çünki bunun "düzgün seçim olmadığını" hesab edib.

Məryəm Quliyeva