10:46
378
Polşadakı ABŞ hərbi bazası, bu layihə reallaşacağı təqdirdə, ABŞ Prezidentinin şərəfinə "Fort-Tramp" adlandırılacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa lideri Karol Navrotski bəyan edib.
"ABŞ Prezidentinin administrasiyası və hər iki ölkənin hökuməti işləri tamamladıqda, zənnimcə, Prezident Tramp "Fort-Tramp" bazasının açılışında şəxsən iştirak edə biləcək", - deyə o, "Bloomberg Television" telekanalına müsahibəsində bildirib.
Bununla belə, Navrotski bazanın açılışı ilə bağlı qərarın nə vaxt qəbul edilə biləcəyi tarixi açıqlamayıb. Onun sözlərinə görə, hazırda həll edilməli olan "inzibati və maliyyə məsələləri" qalmaqdadır.
Məryəm Quliyeva