16 İyun 13:56
FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib
İsrail kəşfiyyatı: "İran danışıqlarda vaxt qazanmaq və nüvə silahı hazırlamaq istəyir"
G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər
"İran daxili və xarici siyasətinə yenidən baxmalıdır"-Qüdrət Həsənquliyev
7 Noyabr 2019 11:02
1 757
Noyabrın 6-da Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Qonağı qəbul edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə, o cümlədən elm və təhsildə uğurla inkişaf etdiyini bildirib. AzTU-nun geniş potensialı barədə səfirə məlumat verən professor V.Vəliyev rəhbərlik etdiyi ali məktəblə Macarıstan universitetləri arasında əməkdaşlıq imkanlarından danışıb.
Rektor çıxışında əməkdaşlıq, birgə elmi tədqiqat işləri, tələbə-müəllim mübadiləsi, ikili diplom, iki ölkənin əmək bazarlarına uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması, universitetlərin təcrübələrini bölüşməsi fatmatlarını da önə çəkib.
Görüşdə AzTU ilə Macarıstanın Debresen Universitetinin uğurlu əməkdaşlığından danışılıb və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək fikir mübadiləsi aparılıb.