FSB Britaniyanın Moskvadakı səfirliyində casus aşkarladığını açıqlayıb
Aİ Azərbaycanın Vaqif Xaçatryan və digər üç ermənini təhvil verməsini alqışlayıb
ABŞ İranla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif edib
Orban: Macarıstan Ukrayna ilə bağlı Aİ planlarına qarşı çıxacaq
25 Noyabr 2019 17:21
2 261
Noyabrın 20-22-də Tatarıstan Respublikasının Bolqar şəhərində Bolqar İslam Akademiyası və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə “Yerli ilahiyyat məktəblərin canlanması və inkişafı konteksində islamşünaslıq təcrübəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfrans Tatarıstanda, eləcə də Rusiyada son illərdə keçirilən ən böyük tədbirlərdən biri olub, həm Tatarıstanın, həm də Rusiyanın elmi-dini və mədəni-siyasi həyatında mühüm rol oynayıb.
Simpozyumda Rusiyanın müxtəlif universitetlərindən və elmi tədqiqat mərkəzlərindən, eləcə də Azərbaycan, Türkiyə, Fransa, Bəhreyn, Küveyt, Oman, Mərakeş, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Dağıstan, Başqırdıstan, Udmurtiya, Buryatiya və b. ölkələrdən gəlmiş alimlər, ilahiyyatçılar, islamşünaslar və tədqiqatçılar iştirak ediblər, 130-dan çox məruzə dinlənilib. Konfransda Azərbaycandan AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, Bakı Dövlət Universitetinin dosenti Rəşad Əsgərov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, Z.Bünyadov adına Şərqşünasııq İnstitunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva iştirak ediblər. Alimlərimiz müxtəlif mövzularda maraqlı elmi məruzələrlə çıxış ediblər.
11:42
315
10:59
546
10:47
539