

Polis Yasamalda keçmiş məhkumların güllələnməsinə görə 2 nəfəri saxlayıb
Parlament Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlıq Sazişini təsdiqləyib
Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu olub, 7 nəfər ölüb
Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub
Azərbaycan və Özbəkistan ali hərbi təhsil müəssisələri arasında memorandum imzalanıb
Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkarlanıb.
Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barədə İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.