M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib - FOTO Hadisə

M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib - FOTO

Xüsusi ekspres avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib. Hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.
Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.