İran və Oman Hörmüz boğazında gəmiçilik məsələsini müzakirə ediblər Gündəm

İran və Oman Hörmüz boğazında gəmiçilik məsələsini müzakirə ediblər

Tehranda İran və Oman arasında Hörmüz boğazında gəmiçilik məsələsinə dair bir neçə raund danışıqlar keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"Cümə və şənbə günləri Tehranda İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində bir neçə raund danışıqlar baş tutub. Bu danışıqlar zamanı tərəflər hər iki ölkənin suveren hüquqlarına riayət olunmaqla Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin ümumi prinsipləri və praktiki mexanizmləri barədə fikir mübadiləsi aparıblar", — deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirir. Bəqayi texniki məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıb.

Məryəm Quliyeva