Bu sənədləri üzərinizdə gəzdirin - Qərargah Hadisə

Bu sənədləri üzərinizdə gəzdirin - Qərargah

Karantin rejimi qaydalarına əsasən hər kəsin üzərində şəxsiyyət vəsiqəsi və iş yerindən sənədi olmalıdır.
Bu sözləri DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Operativ Qərargahın mətbuat konfransında deyib.
"Hər kəs xidmət etdiyi yerin vəsiqəsini və ya arayışını təsdiq etməklə sərbəst hərəkət edə bilərlər. Əlavə arayışa ehtiyac yoxdur. Bu qayda birinci kateqoriyaya daxil olan xidmət orqanlarına aiddir", - o bildirib.
NK mətbuat katibi İ.Məmmədov isə medianın sualına cavab olaraq bildirib ki, KİV nümayəndələrinə məhdudiyyət yoxdur:
"Lakin onlar da ölkə daxilində hərəkət qaydalarına riayət etməlidirlər. Onlar Bakı, Sumqayıt və Abşeron ərazisində sərbəst fəaliyyət göstərə bilərlər".