08:38
364
Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi imkanlarını araşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "Yomiuri" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, son vaxtlar Avropa İttifaqı ölkələri Moskvaya qarşı sanksiya təzyiqini artırırlar və Yaponiyanın da onlara qoşulacağı istisna olunmur. Məhdudlaşdırıcı tədbirlərin hədəfi sözdə "kölgə donanması" gəmiləri ola bilər. Bundan əlavə, ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixrac nəzarətinin sərtləşdirilməsi imkanları nəzərdən keçirilir.
Eyni zamanda, bu sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə də əlaqələndirilir. Tokioda bu səfərə kəskin reaksiya verilib. Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev Yaponiyanın reaksiyasını əsassız demarş adlandırıb və Yaponiya xarici işlər idarəsinin rəhbərinə Cənubi Kuril adalarının Rusiyanın ayrılmaz tərkib hissəsi olduğunu izah edib.
Məryəm Quliyeva