
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“2010-cu ildən etibarən uşaqların doğulması barədə Səhiyyə Nazirliyindən Ədliyyə Nazirliyinin informasiya sisteminə məlumatlar daxil olur. Həmin məlumatlar əsasında uşaqların doğulmasının məcburiliyi barədə ananın yaşayış yeri üzrə bildiriş göndərilir və valideynlər qeydiyyat şöbələrinə müraciət edərkən onların uşaqlarının doğumu dərhal qeydə alınır. Onlar uşaqlarının ilk sənədini – doğum haqqında şəhadətnaməsini alırlar”.
Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova bildirib. Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə bu iş daha da genişləndirilib və əhalinin təbii hərəkətinin müəyyən edilməsi üçün ölən şəxslər barəsində məlumatlar artıq Səhiyyə Nazirliyindən informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyi tərəfindən əldə olunur: “Daha sonra bu məlumatlar qeydiyyat şöbələrinə ötürülür və dərhal həmin gün qeydiyyat şöbələri tərəfindən ölümün avtomatlaşdırılmış qaydada qeydiyyatı aparılır. Doğumun və ölümün avtomatlaşdırılmış qaydada aparılması həm Dövlət Statistika Komitəsi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində müxətlif şəxslərlə bağlı məlumatların onlayn əldə edilməsinə çox böyük köməklik göstərir. Ölüm haqqında şəhadətnamələrin gələcək zamanlarda elektron qaydada əldə olunması üçün layihə hazırlanır. Ümid edirəm ki, bu layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət əhalinin bu xidmətdən daha səmərəli istifadə etməsinə şərait yaradacaq”.